İdman

Avropa çempionatı: Azərbaycan medal sıralamasında birinci olub

17 Sentyabr 2022 22:01
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında medal sıralamasında birinci olub.

Milli.Az bildirir ki, komanda yarışı 3 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıb.

Azərbaycan yığması ümumi komanda hesabında isə ikinci yerlə kifayətlənib.

Sentyabrın 18-də qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.