İdman

"Ordumuzdan xoş xəbərlər alırıq" - Riçard Almeyda

16 Sentyabr 2022 00:59
Baxış: 1 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Son günlər baş verən hadisələr komandamıza təsir göstərmişdi. Bunu ilk hissədə daha çox hiss etdik. Amma ikinci yarıda istəyimizi ortaya qoya bildik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Riçard Almeyda Bakıda Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, məqsəd qələbə qazanmaq idi: "Buna nail olduq. Qələbəni döyüşlərdə qəhrəmancasına həlak olan oğullarımıza həsr edirik. Ordumuzdan xoş xəbərlər alırıq. İnanırıq ki, bu münaqişə tez bir zamanda yekunlaşacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.