İdman

Totti 20 illik həyat yoldaşının xəyanətindən danışdı: Otellərdə görüşürmüş - FOTO

12 Sentyabr 2022 19:40
Baxış: 1 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Roma"nın əfsanəvi futbolçusu Françesko Totti ilk dəfə keçmiş həyat yoldaşı İlari Blasinin xəyanətindən danışıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Totti həyat yoldaşının ona bir neçə nəfərlə xəyanət etdiyini ifadə edib. Keçmiş futbolçu qadının ona xəyanət etdiyini gec öyrəndiyini qeyd edib. Totti həyat yoldaşının otellərdə görüşdüyünü və qadının xəyanətinə onun telefonundakı mesajları oxuduqdan sonra əmin olduğunu ifadə edib. Tottinin sözlərinə görə, dostları ona Blasinin xəyanət etdiyini bildirsə də, əvvəlcə inanmayıb. Totti 20 illik həyat yoldaşından ayrılmasının ona pis təsir etdiyini lakin bu problemin öhdəsindən dostlarının sayəsində gəldiyini deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.