İdman

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü yerdədir

11 Sentyabr 2022 14:24
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunun bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna "Brest"i 1:0 hesabı ilə məğlub etdikləri Fransa Liqa 1-in VII tur oyununda nail olub.

Matçdakı yeganə qolun müəllifi olan forvard Paris təmsilçisinin heyətində 110 dəfə fərqlənməyi bacarıb. Braziliyalı oyunçu 2003 - 2008-ci illərdə PSJ-də çıxış etmiş portuqaliyalı Pedru Pauletanı (109 qol) geridə qoyub.

Bu göstəricidə Neymarı Zlatan İbrahimoviç (156 qol), Kilian Mbappe (180 qol) və Edinson Kavani (200 qol) qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.