İdman

Çempionlar Liqası: "Ayaks"dan və "Sportinq" darmadağın

7 Sentyabr 2022 22:56
Baxış: 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulacaq.

Milli.Az matc.az-a istinadən bildirir ki, 2-ci oyun günündə də 8 qarşılaşma keçiriləcək.

A qrupunda "Ayaks" "Reyncers"i, "Napoli" isə "Liverpul"u qəbul edəcək.

B qrupunda "Portu" Madrid "Atletiko"sunun, "Bayer" "Brügge"nin qonağı olacaq.

C qrupunda pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) klubu İspaniyada "Barselona" ilə qarşılaşacaq. Bu qrupun digər matçında isə Milan "İnter"i evdə "Bavariya"lə üz-üzə gələcək.

Nəhayət, D qrupunda Avropa Liqasının son qalibi olan "Ayntraxt" "Sportinq"i, "Tottenhem" isə Marsel "Olimpik"ini sınağa çəkəcək.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 1-ci tur
7 sentyabr

A qrupu

Ayaks (Niderland) - Reyncers (Şotlandiya) 4:0
Qol: E.Alvares, 17. Berqeys, 32. Kudus, 33. Berqveyn, 80.

23:00. Napoli (İtaliya) - Liverpul (İngiltərə)

B qrupu
23:00. Atletiko (İspaniya) - Portu (Portuqaliya)
23:00. Brügge (Belçika) - Bayer (Almaniya)

C qrupu
23:00. Barselona (İspaniya) - Viktoriya (Plzen, Çexiya)
23:00. İnter (İtaliya) - Bavariya (Almaniya)

D qrupu

Ayntraxt (Almaniya) - Sportinq (Portuqaliya) 0:3
Qol: Edvards, 65. Trinkao, 67. N.Santos, 82.

23:00. Tottenhem (İngiltərə) - Olimpik (Marsel, Fransa)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.