İdman

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

5 Sentyabr 2022 07:41
Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Super Liqasında baş tutan "Ankaragücü" - "Beşiktaş" oyununda qalmaqal yaşanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Ankaragücü tribunalarından meydana daxil olan azarkeş "Beşiktaş"ın futbolçusu Cenk Tosunu təpiklə vurub.

Zərbədən sonra hücum edən şəxsə Josef de Souza müdaxilə edib.

İki komandanın azarkeşləri arasında illərdir davam edən gərginlik səbəbindən beşiktaşlı azarkeşlər səfər matçına aparılmayıb.

Matç boyunca "Beşiktaş" futbolçularının üzərinə yad cisimlər atılıb.

Oyundan sonra baş hakim Mete Kalkavan meydançaya daxil olan azarkeşə müdaxilə etdiyi üçün Josef de Souzaya qırmızı vərəqə göstərib.

Matç 3:2 hesabı ilə "Beşiktaş komandasının xeyrinə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.