İdman

"İlk turdakı oyunumuzu göstərdik" - Murad Musayev

28 Avqust 2022 22:22
Baxış: 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müəyyən mənada iki fərqli hissə izlədik".

Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının IV turunda "Qəbələ" ilə keçirilən səfər oyunu barədə danışarkən deyib.

Ardıcıl 4-cü qələbəsini qazanan (2:0) paytaxt klubu turnir cədvəlində liderliyini davam etdirib.

Rusiyalı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: "İlk yarıda gərginlik var idi, müdafiədə səhvlərimiz oldu. Birinci hissədə hücumda cəmi bir qol vəziyyəti yarada bildik. İkinci hissədə ilk turdakı oyunumuzu göstərməyə başladıq. Psixoloji cəhətdən üstün idik. Qol da vurduq. Qoldan sonra rəqib boşluqlar verməyə başladı və ikinci topu vurduq".

Çalışdırıcı bir transfer etmək istədiklərini də gizlətməyib: "Bir transfer həyata keçirmək istəyirik. Əgər alınsa, yeni oyunçu gətirəcəyik. Heyətimizdə zədəlilər var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.