İdman

"Viktoriya" - "Qarabağ" oyununun hakimləri bəlli olub

21 Avqust 2022 18:45
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.