İdman

Tayson ölümünün yaxınlaşdığını dedikdən qısa müddət sonra əlil arabasında göründü - FOTO

20 Avqust 2022 16:07
0 Şərh     Baxış: 1 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi boksçu Mayk Taysonun səhhətində problemlər yaranıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 56 yaşlı Tayson Mayami hava limanında əlil arabasında görüntülənib. Maykın köməksiz hərəkət edə bilmədiyi müşahidə olunub. Lakin aerodromda həvəslə avtoqraf imzalayıb.

Bildirildiyinə görə, əfsanəvi boksçunun səhhətində ciddi problem yoxdur. Bir müddət belindəki problemlərə görə əlil arabasında hərəkət etməli olacaq.

Eyni zamanda Taysonun son açıqlamalarından sonra bu mənzərə qorxuducu görünüb. Belə ki, Mayk bir müddət əvvəl tezliklə ölümü gözlədiyini bildirib.

"Əlbəttə, hamımız öləcəyik. Güzgüyə baxıb üzümdəki bu kiçik ləkələri görəndə başa düşürəm ki, son günüm yaxındır. Çox yaxındır", - deyə o qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.