İdman

Çempionlar Liqası: "Qarabağ" "Viktoriya" ilə heç-heçə edib - VİDEO - FOTO

17 Avqust 2022 22:37
0 Şərh     Baxış: 1 877

22:37

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Sloveniyadan olan hakimlər idarə ediblər.

Cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunu
17 avqust

Qarabağ - Viktoriya (Plzen) 0:0

Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77 Ramil Şeydayev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Viktoriya: 36. Yindrjix Stanek, 2. Lukaş Heyda (k), 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel.
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu Ndiay.
Baş məşqçi: Mixal Bilek.

--------

20:45

Milli.Az xəbər verir ki, "Qarabağ" - "Viktoriya" oyunu başladı.

---------

19:37

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Milli.Az bildirir ki, Ağdam təmsilçisi Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
 
Tarixində bir dəfə - 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş "Qarabağ", həmin uğuru təkrarlamaq niyyətindədir. Pley-off mərhələsinədək Polşanın "Lex", İsveçrənin "Sürix" və Macarıstanın "Ferentsvaroş" komandalarını mübarizədən kənarlaşdıran Azərbaycan çempionu üçün indi sadəcə, son, həlledici addımı atmaq qalıb. Bunun üçün isə Bakıdakı ilk oyunda maksimum yaxşı nəticə qazanmaq vacibdir.
 
Cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.
 
UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunu
17 avqust

Qarabağ: Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Marko Veşoviç, Toral Bayramov, Qara Qarayev, Marko Yankoviç, Kadi Borqes, Ramil Şeydayev, İbrahima Vadji, Abdullah Zubir.

Viktoriya: Yindrix Stanek, Vatslav Jemelka, Ludek Perniça, Lukaş Heyda, Yan Kopiç, Yan Şikora, Pavel Buça, Lukaş Kalvax, Milan Havel, Tomas Çori, Con Moskera

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics