İdman

Çempionlar Liqası: "Qarabağ" bu gün pley-off oyununa çıxacaq

17 Avqust 2022 08:04
0 Şərh     Baxış: 1 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Milli.Az matc.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.
 
Tarixində bir dəfə - 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş "Qarabağ", həmin uğuru təkrarlamaq niyyətindədir. Pley-off mərhələsinədək Polşanın "Lex", İsveçrənin "Sürix" və Macarıstanın "Ferentsvaroş" komandalarını mübarizədən kənarlaşdıran Azərbaycan çempionu üçün indi sadəcə, son, həlledici addımı atmaq qalıb. Bunun üçün isə Bakıdakı ilk oyunda maksimum yaxşı nəticə qazanmaq vacibdir.
 
Cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.
 
UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunu
17 avqust
 
20:45. Qarabağ - Viktoriya (Plzen)
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.