İdman

Foqts milliyə 25 futbolçu dəvət etdi

11 May 2010 12:51
Baxış: 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan millisi mayın 19-dan 22-dək Bakı şəhərində, mayın 23-dən iyunun 2-dək isə Avstriyanın Saynt Yohan şəhərində təlim-məşq toplanışında olacaq və iyunun 3-dən 5-dək Almaniyanın Frankfurt şəhərində tibbi müayinədən keçəcək.

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, təlim-məşq toplanışı çərçivəsində millimiz mayın 26-da Moldova, mayın 29-da Makedoniya, iyunun 2-də isə Honduras yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Millinin hazırlıq prosesi və tibbi müayinə üçün baş məşqçi Berti Foqts heyətə aşağıdakı futbolçuları dəvət edib:

Kamran Ağayev, Fərhad Vəliyev, Səlahət Ağayev, Rəşad Sadıqov, Saşa Yunisoğlu, Ruslan Abışov, Vladimir Levin, Rail Məlikov, Elnur Allahverdiyev, Maksim Medvedev, Rahid Əmirquliyev, Vurğun Hüseynov, Samir Abasov, Aleksandr Çertoqanov, Amit Quluzadə, Mahir Şükürov, Araz Abdullayev, Elvin Məmmədov, Əfran İsmayılov, Fabio Luis Ramim, Cavid Hüseynov, Arif Daşdəmirov, Rauf Əliyev, Fərid Quliyev, Vaqif Cavadov.

Qeyd edək ki, Kamran Ağayev əməliyyat olunsa, onun əvəzinə Aqil Məmmədov dəvət olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.