İdman

Konfrans Liqasında "Neftçi"nin potensial rəqibləri azaldı

1 Avqust 2022 14:18
0 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasından əvvəl "Neftçi"nin potensial rəqiblərinin sayında azalma baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, "ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.

Potensial rəqiblər isə 3 cütdən birinin qalibi olacaq:

"Hayduk" (Split, Xorvatiya) - "Vitoriya" (Portuqaliya)

"Vaduts" (Lixtenşteyn) - "Konyaspor" (Türkiyə)

"Vikinq" (Norveç) - "Sliqo Rovers" (İrlandiya)

Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 2-də Bakı vaxtı ilə saat 16:00-da atılacaq. 18 avqustda pley-off mərhələsinin ilk oyunu, 25 avqustda isə cavab matçı keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.