İdman

Qurban Qurbanov zədəlilərin durumundan danışdı

28 İyul 2022 08:13
0 Şərh     Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Sürix"lə cavab oyununda zədələnən futbolçularının vəziyyətindən danışıb.

O, oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, matçın 40-cı dəqiqəsində zədələnərək meydanı tərk edən Kevin Medinanın durumu ciddidir:

"Medinanın zədəsi ciddiyə oxşayır. Sabah Bakıya qayıdandan sonra dəqiq diaqnoz qoyulacaq".

Baş məşqçi digər xırda zədə alan futbolçuların durumunun yaxşı olduğunu bildirib:  "Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".

Xatırladaq ki, Bakıda "Sürix"ə 3:2 hesabı ilə qalib gələn "Qarabağ" İsveçrədəki matçda 2:2 hesablı bərabərliklə 3-cü mərhələyə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.