İdman

Çempionlar Liqası: "Qarabağ" yenə TARİX YAZDI - VİDEO - FOTO

27 İyul 2022 23:41
3 Şərh     Baxış: 7 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:41

Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirib. Milli.Az xəbər verir ki, "Qarabağ" İsveçrədə "Sürix"lə oynayıb.

Bir həftə əvvəl Bakıda keçirilən oyunda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. Cavab oyunda əlavə vaxt oynanıldı və matç 2:2 hesabı ilə başa çatdı. Beləliklə klubumuz Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə keçib.

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu
27 iyul

Sürix - Qarabağ 2:2
Qol: M.Medvedev, 4-öz qapısına. İ.Santini, 90+6 - K.Borges, 56. K.Ovusu, 98.
Hakimlər: Allard Lindhout, Çarlz Sxap, Roy De Nas, Jerön Mansxot (hamısı Niderland).
İsveçrə. "Letsiqrund" stadionu.

Sürix: 25. Yanik Brexer (k), 2. Lindrit Kamberi, 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu.
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia.
Baş məşqçi: Franko Foda.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.

---------

23:11

Milli.Az bildirir ki, oyunun 98-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Ovusu Kvabena fərqləndi.

"Sürix" -  "Qarabağ" - 2:2.

---------

22:57

Milli.Az bildirir ki, oyunun əsas vaxtı bitdi, əlavə 30 dəqiqə oynanılacaq.

"Sürix" -  "Qarabağ" - 2:1.

---------

22:55

Milli.Az bildirir ki, oyunun 90+5-ci dəqiqəsində "Sürix"in futbolçusu İvan Santini fərqləndi.

"Sürix" -  "Qarabağ" - 2:1.

--------

22:15

Milli.Az bildirir ki, oyunun 55-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Kadi Borges hesabı bərabərləşdirdi.

"Sürix" -  "Qarabağ" - 1:1.

---------

22:03

Milli.Az bildirir ki, ikinci hissə başladı.

"Sürix" -  "Qarabağ" - 1:0.

-----------

21:49

Milli.Az bildirir ki, birinci hissə bitdi.

"Sürix" -  "Qarabağ" - 1:0.

---------

21:04

Milli.Az bildirir ki, oyunun 4-cü dəqiqəsində "Qarabağ"ın futbolçusu Maksim Medvedev topu öz qapısına vurdu.

"Sürix" -  "Qarabağ" - 1:0.

--------

21:01

Milli.Az bildirir ki, oyun başladı.

---------

19:40

İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Sürix" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Milli.Az bildirir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq.

"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Baş məşqçi: Franko Foda

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "Qarabağ" 3:2 hesabı ilə qələbə qazanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.