İdman

"Klubun nə istədiyini bilmirəm" - Neymar

23 İyul 2022 21:28
0 Şərh     Baxış: 1 035
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Braziliya millisinin futbolçusu Neymar hazırda çıxış etdiyi Fransa PSJ-si ilə bağlı qərarını açıqlayıb

30 yaşlı hücumçu AFP-yə müsahibəsində Paris təmsilçisində qalmaq istədiyini bildirib.

Təcrübəli forvard komandadakı gələcəyi ilə bağlı ona heç nə deyilmədiyini vurğulayıb: "Mənə yeni baş məşqçinin planlarına daxil olmadığım barədə heç nə deyilməyib. Klubun nə istədiyini bilmirəm. Amma mən buradan ayrılmaq fikrində deyiləm".

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avro qarşılığında keçib. Ulduz futbolçu ötən mövsüm 26 görüşdə 13 qol vurub, 8 məhsuldar ötürmə edib. Onun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.