İdman

Mikael İshak “Qarabağ”la oyunu dəyərləndirdi

5 İyul 2022 08:37
0 Şərh     Baxış: 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ardıcıl üç ağır oyuna çıxacağıq. Təbii ki, bu, heç də asan deyil".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Lex"in isveçli futbolçusu Mikael İshak Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

29 yaşlı hücumçu yeni mövsümün startında sıx qrafiklə matçlara çıxacaqlarını xatırladıb: "Qarabağ"la Çempionlar Liqası oyunları arasında Polşa Super Kuboku matçına da çıxacağıq. Demək olar ki, üç gündən bir çıxış edəcəyik. Bu da çox çətindir. Buna baxmayaraq, bütün oyunlara qələbə qazanmaq, müsbət nəticə əldə etmək üçün çıxacağıq. Həm Çempionlar Liqası, həm də Super Kubok oyunları asan deyil. Ancaq bunun öhdəsindən gələcəyimizə inanıram".

Qeyd edək ki, sabah Poznanda keçiriləcək "Lex" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.