İdman

Cüdoçumuz bürünc medal qazanıb

4 İyun 2022 21:06
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan cüdoçusu Elcan Hacıyev Tbilisidə keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb.

Turnirdə 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda görüşdə italiyalı Titsiano Falkoneni məğlubiyyətə uğradıb.

Beləliklə, Azərbaycan millisi ikinci yarış gününü bir bürünc medalla başa vurub.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.