İdman

Parisdə Çempionlar Liqasının finalında 70-ə yaxın şəxs saxlanılıb - VİDEO

29 May 2022 09:37
0 Şərh     Baxış: 1 211
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransa polisi Parisdə UEFA Çempionlar Liqasının finalında "Real Madrid" ilə "Liverpul" klubları arasında oyunu zamanı 68 nəfəri saxlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "BFM TV" telekanalı xəbər verib.

Məlumata əsasən, həmin şəxslər "Stad de Frans" stadionunun yaxınlığında, eləcə də hər iki fan zonada saxlanılıb. Qarşıdurma zamanı 200-dən çox insan yüngül xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib.

Xəbər verildiyi kimi, iğtişaşlar matç başlamazdan əvvəl başlayıb və bu səbəbdən oyun 37 dəqiqə gec başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.