İdman

"Roma" Konfrans Liqasının ilk qalibi oldu - VİDEO - FOTO

26 May 2022 06:51
0 Şərh     Baxış: 1 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konfrans Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib.

Həlledici matçda "Roma" "Feyenoord"la üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşma İtaliya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, ilk dəfə keçirilən bu turnirin qalibi Joze Mourinyonun komandası olub.

UEFA Konfrans Liqası, final

25 may

23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland) - 1:0

Qol: Zaniolo, 32

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Tirana, Milli Arena.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.