İdman

Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi başlayıb - FOTO

25 May 2022 14:23
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yarışda "Ocaq Sport" klubu, "Zirvə" İK, "Grasiya" İK və Sumqayıt OİK-dən 80 gimnast iştirak edir.

İdmançılar Bakı birinciliyində balacalar (2014-2015-ci il), uşaqlar (2011-2013-ci il), yeniyetmələr (2008-2010-ci illər) və gənclər (2005-2007-ci il illər), Azərbaycan çempionatında isə yeniyetmələr (2008-2010-ci illər), gənclər (2005-2007-ci il illər) və böyüklər yaş kateqoriyasında (2004-cü il və daha böyük) mübarizə aparır.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.