İdman

Ukrayna millisinin formasında Azərbaycan bayrağı təsvir olunub

10 May 2022 21:00
2 Şərh     Baxış: 1 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Ukrayna milli komandası üçün xüsusi forma hazırlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, geyim dəstinin üzərində ölkənin xəritəsi təsvir olunub. Dövlət sərhədləri isə ukraynalılara yardım göstərən ölkələrin bayraqlarının olduğu xətlərlə göstərilib. Onların arasında Azərbaycan və Türkiyə bayraqları da var.

Xəritənin ortasında "Ukrayna naminə birləşmə" mənasını verən "United for Ukraine" yazısı yer alıb. Formanın arxa tərəfindədəki nömrələrdə isə müharibə nəticəsində dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub.

UAF prezident Andrey Pavelko bildirib ki, yığma bu formalardan yalnız DÇ-2022-nin pley-off matçlarına hazırlıq matçlarında istifadə ediləcək. Bundan sonra formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.