İdman

"Qəbələ" - "Neftçi" oyununda insident baş verib

9 May 2022 20:59
0 Şərh     Baxış: 985
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVI tur matçında insident baş verib.

Milli.Az "report"-a istinadən bildirir ki, buna qonaq komandanın müdafiəçisi Mamadu Mbocun meydan sahiblərinin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub.

Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.

Qeyd edək ki, hazırda görüşdə fasilədir və hesab açılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.