İdman

Çempionlar Liqasında ilk

5 May 2022 08:53
0 Şərh     Baxış: 1 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Rodriqo Qoes Çempionlar Liqasında ilkə imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna turnirin yarımfinal mərhələsində "Mançester Siti" ilə hazırda davam edən cavab oyununda dubl etməklə nail olub.

O, 90 və 90+1-ci dəqiqələrdə fərqlənib. Nəticədə Rodriqo ÇL-in pley-off mərhələlərində 89-cu dəqiqədən sonra 2 qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, "Real" yarımfinalın ilk oyununda "Mançester Siti"yə 3:4 hesabı ilə uduzub. Hazırda davam edən cavab görüşündə əlavə vaxt oynanılır. Madrid təmsilçisi 3:1 hesabı ilə öndədir. Cütün qalibi finalda "Liverpul"la üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.