İdman

"Qalatasaray" baş məşqçisini vaxtından əvvəl istefaya göndərə bilər

3 May 2022 18:10
0 Şərh     Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Domenek Torrenlə vaxtından əvvəl vidalaşa bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi ispaniyalı mütəxəssisi istefaya göndərmək üçün mövsümün sonunu gözləmək istəmir.

Klubun prezidenti Burak Elması uğursuz nəticələrlə yanaşı, 60 yaşlı baş məşqçinin mətbuata verdiyi açıqlamalar da narahat edir. Odur ki, funksioner Torrenlə ən qısa zamanda görüşüb, müqaviləyə xitam verilməsinə çalışacaq.

Qeyd edək ki, Domenek Torrenin "Qalatasaray"la 2023-cü ilin yayınadək sözləşməsi var. "Cim-Bom" bu mövsüm 35 oyundan sonra 47 xalla 11-ci pillədə qərarlaşıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.