İdman

"İkinci hissənin əvvəlindəki oyunumuz xoşuma gəlmədi" - Murad Musayev

24 Aprel 2022 22:43
0 Şərh     Baxış: 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox yaxşı, məzmunlu oyun alındı. Yaxşı qollar vurduq. Sadəcə ikinci hissənin əvvəlindəki oyunumuz xoşuma gəlmədi. Amma ikinci hissəsnin yarısı nəzarətimiz altında keçdi".

Bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 24-cü turunda bu gün "Şamaxı" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis 5:1 hesablı qələbəni belə şərh edib: "Lazım olan iki qol da vurduq. Rəqibdə baş məşqçi dəyişikliyi olduğundan necə oynayacaqlarını bilmirdik. Yeni baş məşqçi əvəzedici heyətin baş məşqçisi idi və müxtəlif sistemlərdən istifadə edirdi. Bu oyunda da iki müxtəlif sxemdən istifadə etdilər. Çox məmnunam ki, komandam tez reaksiya verdi. Azarkeşlərimizi qələbə münasibətilə sevindirə bildiyimizə görə də şadam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.