İdman

Mbappe İbrahimoviçə çatdı

21 Aprel 2022 19:36
0 Şərh     Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ Liqa1-də "Anje"ni 3:0 hesabı ilə məğlub edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmada hesabı Kilian Mbappe açıb.

Bu, 23 yaşlı oyunçunun PSJ-nin çempionat matçlarındakı 113-cü qolu olub. O, bu göstəricidə Zlatan İbrahimoviçə çatıb.

Kilianla Mbappe PSJ-nin tarixində çempionatdakı ən yaxşı bombardirlər siyahısında ikinci yerə şərikdir.

Mbappe bu qədər qolu 137 oyunda vurub. Zlatan isə 122 matça çıxıb.

Klubun Liqa1-dəki bombardiri isə Edinson Kavanidir. Uruqvaylı hücumçu 138 dəfə fərqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.