İdman

Konfrans Liqası: 1/4 final oyunları başlayır

7 Aprel 2022 08:27
0 Şərh     Baxış: 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Milli.Az "Report"a istinadən bildirir ki, dörd qarşılaşmadan biri Bakı vaxtı ilə saat 20:45-də, digər 3-ü isə saat 23:00-da start götürəcək.

Bu raundun açılış matçında Çexiyanın "Slaviya" (Praqa) klubu Niderlandda "Feyenoord"la üz-üzə gələcək. Niderlandın digər təmsilçisi PSV isə İngiltərədə "Lester"in qonağı olacaq.

Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Yunanıstan PAOK-unu qəbul edəcək. İtaliya "Roma"sı isə Norveçdə "Budyo Qlimt"lə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Konfrans Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)

23:00. "Marsel" (Fransa) - PAOK (Yunanıstan)

23:00. "Lester" (İngiltərə) - PSV (Niderland)

23:00. "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.