İdman

Yığmamızın Belarus sınağı

29 Mart 2022 08:48
0 Şərh     Baxış: 929
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Milan Obradoviçin yetirmələri Belarusla qarşılaşacaq. Görüş "Bakcell Arena"da baş tutacaq.

AVRO-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini dörd gün öncə Estoniya üzərində qazanan yığmamız daha güclü rəqiblə matçda da yaxşı nəticəyə ümid edir. Kipr üzərində üç gün əvvəl qazandığı qələbə ilə final mərhələsinə az da olsa nəzəri şanslarını qoruyan qonaqlar da uduzmamağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə şansını itirib.

U-21-lər arasında yoldaşlıq oyunu
29 mart

19:00. Azərbaycan - Belarus
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. "Bakcell Arena"
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.