İdman

Harri Keyn bombardirlər siyahısında Anrini geridə qoyub

8 Mart 2022 15:30
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə "Tottenhem"inin futbolçusu Harri Keyn Premyer Liqa tarixində ən yaxşı bombardirlərin siyahısında mövqeyini yaxşılaşdırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, evdə "Everton"a 5:0 hesabı ilə qalib gəldikləri XXVIII tur oyununda dubl edən 29 yaşlı hücumçu qollarının sayını 176-ya çatdırıb. Sıralamada 6-cı pilləyə yüksələn ingiltərəli forvard Fransa millisinin və "Arsenal"ın əfsanəvi futbolçusu Tyerri Anrini (175 qol) geridə qoyub.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında ən sərrast futbolçuların siyahısına 260 qolla "Nyukasl" klubunun sabiq hücumçusu Alan Şirer başçılıq edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.