İdman

Hakimin qərarına əsəbləşən “Fənərbağça” azarkeşi infarkt keçirib öldü

7 Mart 2022 13:28
0 Şərh     Baxış: 2 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində baş tutan "Fənərbağça" - "Trabzonspor" oyunu zamanı azarkeş dünyasını dəyişib.
 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə matçın 17-ci dəqiqəsində baş hakim Zorbay Küçük meydan sahiblərinin yarımmüdafiəçisi İrfan Can Kahveciyə qırmızı vərəqə göstərdikdən sonra baş verib.
 
Kocaelinin İzmit qəsəbəsində evində qarşılaşmanı izləyən Ahmet Özdemir adlı azarkeş referinin qərarından sonra infarkt keçirib. 27 fanat xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, "Fənərbağça" - "Trabzonspor" görüşü 1:1 hesablı bərabərliklə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.