İdman

"Fənərbağça"dan “Trabzonspor”la heç-heçə

6 Mart 2022 23:39
0 Şərh     Baxış: 2 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir. Milli.Az matc.az-a istinadən bildirir ki, bazar günü üç qarşılaşma baş tutub.

"Fatih Karagümrük" - "Altay" matçında qapılara qol vurulmayıb. "Antalyaspor" doğma meydanda "Sivasspor"u minimal hesabla üstələyib.
 
Bu tur əsas diqqətlər "Ülkər stadyum"a yönəlmişdi. Burada "Fənərbağça" çempionluğa ən real namizəd sayılan "Trabzonspor"u qəbul edib. Vahid lider olan Qaradəniz təmsilçisi ən yaxın izləyicisini 17 xal qabaqlayırdı. Trabzonlular İstanbuldan da 1 xalla qayıtmağı bacarıblar.
 
Türkiyə Super Liqası
28-ci tur
4 mart
 
Yeni Malatyaspor - Adana Dəmirspor 1:0
Qol: Şuyar, 77.
 
5 mart
 
Rizəspor - Girəsunspor 1:2
Qol: Pohyanpalo, 14 - Çikinyo, 45+3. Traore, 48.
 
Göztəpə - Kasımpaşa 2:3
Qol: Di Santo, 7. Ndiaye, 80 - Muleka, 5; 48. U.Bozok, 79.
 
Konyaspor - Qalatasaray 2:0
Qol: Koka, 8. Rahmanoviç, 20.
 
6 mart
 
Fatih Karagümrük - Altay 0:0
 
Fənərbağça - Trabzonspor 1:1
Qol: Zayç, 71 - Nvakaeme, 22.
 
Antalyaspor - Sivasspor 1:0
Qol: Fernando, 45+2.
 
7 mart
 
21:00. Kayserispor - Alanyaspor
21:00. Beşiktaş - Başakşəhər
21:00. Qaziantep - Hatayspor

28 oyunda 67 xal toplayan "Trabzonspor" ən yaxın izləyicisi "Konyaspor"u 15 xal qabaqlayır. "Fənərbağça" 47 xalla üçüncüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.