İdman

"Spartak" Avropa Liqası oyununu Bakıda keçirə bilər

27 Fevral 2022 20:28
0 Şərh     Baxış: 1 314
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın "Spartak" (Moskva) klubu Almaniya "Leyptsiq"inə qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Moskva təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Zelenov "Championat" nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bundesliqa təmsilçisi ilə matç üçün prioritet məkan Bakıdır: "Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı konkret məlumat alacağıq".

Qeyd edək ki, komandalar arasındakı ilk görüş martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də gerçəkləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.