İdman

Maradonanı geridə qoydu

13 Fevral 2022 20:28
0 Şərh     Baxış: 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya millisinin və "Napoli"nin futbolçusu Lorentso İnsinye Neapol təmsilçisindəki qol sayına görə argentinalı əfsanəvi hücumçu Dieqo Maradonanı geridə qoyub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 31 yaşlı forvard buna doğma meydanda "İnter"lə 1:1 hesablı heç-heçə etdikləri A Seriyasının XXV tur matçında fərqlənməklə nail olub.

Görüşün 7-ci dəqiqəsində penaltidən hesabı açan təcrübəli oyunçu "Napoli"də ümumilikdə 116-cı qolunu vurub. Maradona isə bu komandanın heyətində rəqib qapılarından 115 top keçirib.

Qeyd edək ki, 1984-1991-ci illərdə "Napoli"nin formasını geyinmiş Dieqo Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.