İdman

Hakimdən Salaha görülməmiş TƏKLİF - “Matçı sən idarə et”

7 Fevral 2022 11:54
0 Şərh     Baxış: 1 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Afrika Millətlər Kubokunun ötən gecə baş tutan finalında maraqlı epizod yaşanıb. 

Milli.Az xəbər verir ki, Seneqal yığmasının Misirlə qarşılaşdığı həlledici matçın 36-cı dəqiqəsində indiyədək futbol meydanında görünməmiş hadisə yaşanıb. 

Kamerunun paytaxtı Yaoundedə yerləşən "Olembe" stadionunda baş tutan oyunda Misirin ulduz futbolçusu Mohammed Salah hakimə etiraz edib.

Hakim Viktor Qomez isə fitini və kartını Salaha uzadaraq ona matçı idarə etməyi təklif edib. 

Xatırladaq ki, əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan matçda qalib penaltilər seriyasında müəyyənləşib. Burada 4:2 hesabı ilə üstün olan Seneqal kuboka sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.