İdman

Rafael Nadal “Australian Open-2022”də qalib gəldi

30 Yanvar 2022 20:19
0 Şərh     Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Böyük dəbilqə" seriyasından kişilər arasında "Australian Open-2022" turnirinin final oyunu keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə ispaniyalı Rafael Nadal və rusiyalı Daniil Medvedev üz-üzə gəliblər. Gərgin keçən görüşdə ispaniyalı əzmkar qələbə qazanıb - 3:2 (2:6, 6:7 - 6:4, 6:4, 7:5). İlk iki setdə Medvedev qələbə qazanıbsa, növbəti 3 setdə 36 yaşlı raketka ustası rəqibinə şans verməyib.

"Böyük dəbilqə" seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Rocer Federer və serbiyalı Nokak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb. Turnirdə rusiyalı Daniil Medvedev qələbə qazansa idi, Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində Novak Cokoviçi geridə qoyacaqdır.

Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, "Australian Open-2022" mövsümün ilk "Böyük dəbilqə" seriyalı turniridır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.