İdman

Qarabağın sabiq futbolçusu baxımlı qolla Superliqanın tarixinə düşdü - VİDEO

23 Yanvar 2022 09:38
0 Şərh     Baxış: 1 268
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike Türkiyə Super Liqasının tarixinə düşüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hazırda "Sivasspor"da çıxış edən braziliyalı yarımmüdafiəçi buna "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə etdikləri XXIII tur oyununda fərqlənməklə nail olub.

74-cü dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan 32 yaşlı oyunçu İstanbul təmsilçisinə qarşı baş tutmuş son 3 matçın hamısında rəqibi məyus edib. O, bu qollardan birini "Kayserispor"un, ikisini isə "Sivasspor"un heyətində vurub.

Henrike həmçinin Superliqada ilk dəfə cərimə zərbəsindən fərqlənib.

Qeyd edək ki, Pedro Enrike "Qarabağ"da 2017/2018 mövsümündə icarə əsasında çıxış edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.