İdman

Azərbaycanın tanınmış qadın cüdoçusuna vəzifə verildi

6 Yanvar 2022 12:48
0 Şərh     Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın keçmiş qadın cüdoçusu Kifayət Qasımovaya yeni vəzifə verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, 36 yaşlı idmançı qadınlardan ibarət milli komandada məşqçi kimi fəaliyyətə başlayıb. O, baş məşqçi Rəşad Məmmədovun köməkçisi təyin olunub.

Qeyd edək ki, 57 kq çəki dərəcəsində çıxış etmiş Kifayət Qasımova 2006-cı il Avropa çempionatında gümüş, 2007 və 2008-ci ilin müvafiq yarışlarda bürünc medal əldə edib. 2009-cu ildə dünya çempionatında bürünc medal qazanan Qasımova Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.