İdman

La Liqada tarixi hadisə: 21 yaşlı futbolçu het-trik edib - VİDEO

4 Yanvar 2022 13:30
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasında XIX turun "Osasuna" - "Atletik" matçında tarixi hadisə baş verib.

Milli.Az bildirir ki, qonaqların 3:1 hesabı ilə qalib gəldiyi görüşdə 21 yaşlı yarımmüdafiəçi Oyhan Sanset het-trik edib. Bununla da La Liqada ilk dəfə 2000-ci il və daha sonra doğulmuş futbolçu 3 qol vurub.

Qeyd edək ki, Oyan Sanset "Atletik"in yetirməsidir. O cari mövsüm 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Bilbao komandası isə 20 oyundan 27 xalla 10-cu pillədə gedir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.