İdman

2022-ci ildə ilk qolu vuran futbolçular açıqlandı

2 Yanvar 2022 11:40
0 Şərh     Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ildə dünyada sonuncu qolu vuran futbolçu bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Tanzaniyanın "Yanq Afrikans" klubunda çıxış edən Xalid Auçodur.

29 yaşlı uqandalı hücumçu dekabrın 31-də "Dodoma Jiji"ni 4:0 hesabı ilə məğlub etdikləri Tanzaniya çempionatının XI tur oyununda fərqlənib. O, 81-ci dəqiqədə 4-cü qolu rəqib qapısından keçirib.

2022-ci ildəki ilk qolu isə çinli Duan Liuyu vurub. "Şandun Tayşanda" oynayan 24 yaşlı yarımmüdafiəçi yanvarın 1-də Superliqanın XXI turunda "Şanxay Port"la qarşılaşmanın 8-ci dəqiqəsində hesabı açıb. Matç 2:2 hesabı ilə bitib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.