Hindistanın Qoa əyalətində "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldunun heykəlinin açılışı olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları bu heykəlin gəncləri ruhlandıracağına ümid edir.
Lakin sakinlər bu hadisəni birmənalı qarşılayıblar. Belə ki, bölgə vaxtilə Portuqaliyanın müstəmləkəsi olub. İctimai fəallar Portuqaliyadan müstəqilliyin 60-cı ildönümündə portuqaliyalı futbolçunun heykəlinin açılışını təhqiramiz hal hesab ediblər.
Həmçinin bəzi tənqidçilər bildiriblər ki, ştat rəhbərliyi yerli futbolçuların uğurlarına daha çox diqqət yetirilməlidir.
Milli.Az