İdman

Mahir Emreli "Legiya"nın ən yaxşı futbolçusudur

21 Dekabr 2021 22:53
0 Şərh     Baxış: 1 515
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Polşa "Legiya"sında futbolçuların cari mövsümün ilk yarısına aid statistik göstəriciləri açıqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Varşava təmsilçisinin ən yaxşı oyunçusudur.

Qış fasiləsinədək, bütün turnirlər daxil olmaqla, 11 qol vurmuş forvard komandanın ən sərrast üzvüdür. Onun aktivində 2 məhsuldar ötürmə də var.

Emreli oyun sayına görə də liderlər sırasındadır. 33 matçda forma geyinmiş futbolçu ümumilikdə 2 066 dəqiqə meydanda olub. Hücumçu bu göstəricidə yalnız Mateuş Veteska (2 962), Bartoş Sliş (2 515), Lukinyas (2 301) və Filip Mladenoviçdən (2 220) geri qalır.

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.