İdman

Ronaldu xeyriyyə məqsədilə formasını hərraca çıxardı

20 Dekabr 2021 20:42
0 Şərh     Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu formasını hərraca çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Kanar arxipelaqına məxsus Palma adasında Kumbre Vyexa vulkanının püskürməsi nəticəsində zərər çəkənlərə maliyyə yardımı toplamaq üçün bu addımı atıb.

Təcrübəli forvard köynəyin üzərində "Hətta vulkanın gücü də Palma ilə müqayisə oluna bilməz. Gözəl adaya dəstəyim" yazıb.

Auksion dekabrın 24-də baş tutacaq. Bütün gəlirlər zərərçəkənlərə yardım məqsədilə istifadə olunacaq.

Qeyd edək ki, Kumbre Vyexa vulkanının püskürməsi bu il sentyabrın 19-da başlayıb və bu günədək davam edir. Bu müddət ərzində 1 000-dən çox bina dağıdılıb, 6 000-dən çox insan təxliyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.