İdman

""Qarabağ" keyfiyyətli komanda olduğunu göstərdi"

10 Dekabr 2021 07:46
0 Şərh     Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrənin "Bazel" komandasının baş məşqçisi Patrik Rahmen Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Milli.Az matc.az-a istinadən bildirir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Qələbə qazandığımız üçün şadam. Çünki yaxşı komanda ilə oyunda 3 cavabsız qol vurduq. Kompakt oyun sərgilədik. "Qarabağ" keyfiyyətli komandadır. Bunu ilk dəqiqələrdən göstərdilər. Görüşün əvvəli bizim üçün yaxşı alınmadı. Amma tədricən üstünülüyü ələ keçirdik və oyunun böyük hissəsində inamlı təsir bağışladıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.