İdman

Suares ağlayaraq meydanı tərk etdi: Futbolçu Madrid derbisini buraxa bilər - FOTO

8 Dekabr 2021 10:00
0 Şərh     Baxış: 1 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Madrid "Atletiko"sunun hücumçusu Luis Suares Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Porto" ilə oyunda zədələnib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı uruqvaylı artıq görüşün 13-cü dəqiqəsində yerini braziliyalı Mateus Kunyaya verib.

Suarez meydanı tərk edərkən göz yaşlarına boğulub. Belə ki, o dekabrın 12-də "Real"a qarşı baş tutacaq Madrid derbisini buraxa bilər.

Futbolçunun zədəsinin ciddiliyi hələlik məlum deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.