Cəmiyyət

Masallıda baş həkimi işdən azad edildi

25 Noyabr 2021 22:04
1 Şərh     Baxış: 1 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov işdən azad olunub.
Milli.Az "Report"a istinadən bildirir ki, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi əvəz edən R.Əzizov vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edilir ki, R.Əzizovun tutduğu vəzifədən azad edilməsinə səbəb son günlər sosial şəbəkələrdə marketlərin birindən oğurluqda şübhəli bilinməsi ilə bağlı yayılan videogörüntülər ola bilər.

Xatırladaq ki, o, 2003-cü ildən xəstəxananın polikilinika şöbəsinin müdiri olub. Bu ilin fevralında korrupsiya cinayətinə görə həbs edilən Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovu müvəqqəti əvəz edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.