Cəmiyyət

Xəzərin suyu kəskin azalır - 2050-ci ilə qədər... - VİDEO

20 Noyabr 2021 15:52
1 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizinin suyu ildən-ilə azalır. 1995-ci ildən müşahidə edilən bu proses dənizin sumqayıt və astara sahillərində daha çox özünü büruzə verir. Coğrafiya İnstitutu səviyyənin hansı səbəbdən enməsinə və bu vəziyyətin nə qədər davam edəcəyinə aydınlıq gətirib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  Xəzər dənizinin səviyyəsi enməkdə davam edir. Dənizin Sumqayıt ərazisində düşən hissəsində prosesi daha qabarıq şəkildə görmək mümkündür. 

Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyev deyir ki, ''Xəzər''də suyun səviyyəsi ilə bağlı tədqiqat aparılıb. Onun sözlərinə görə, səviyyənin azalması 1995-ci ildən müşahidə edilir. Həmin vaxtdan etibarən dənizin suyu təxminən 1,5 və 2 metrə qədər geri çəkilir. 

Əmir Əliyevin sözlərinə görə bu, buxarlanmanın artması, illik yağıntının normadan aşağı olması, eyni zamanda qışda dəniz buzunun yoxa çıxması ilə izah edilir

Şöbə müdiri əlavə edib ki, deyir ki, Xəzər dənizi qapalı su hövzəsidir. Əgər ekoloji problemlər davam edərsə, 2050-ci ilə qədər dənizin səviyyəsi daha da enəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.