Cəmiyyət

Məktəbli güllələnərək öldürüldü

18 Noyabr 2021 22:12
0 Şərh     Baxış: 2 100
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevirdə orta məktəb şagirdi güllələnib.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhərin "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb.

Məlumatda bildirilir ki, qəsəbənin park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.

Belə ki, qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında olan Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini orta məktəb şagirdi K.O.-ya atış açıb.

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.