Cəmiyyət

"Zığ-1" sürüşmə zonasında yerləşən evlər təhlükəli vəziyyətdədir - VİDEO

15 Noyabr 2021 13:30
0 Şərh     Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suraxanı rayonu, Zığ qəsəbəsi Xanlar və Hətəm Allahverdiyev küçələrində yerləşən evlərdə iri çatlar yaranıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  sürüşmə nəticəsində həmin ərazidə olan evlərdən bəziləri əyilib.

Evlərin hasarları, darvazaları və pilləkənləri isə yararsız vəziyyətə düşüb.

Sakinlər hələ də sürüşmə təhlükəsi olan bu ərazidə yaşayırlar.

Sakinlərin sözlərinə görə, sürüşmə zonasında təhlükə hər ötən gün artır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov "Xəzər Xəbər"ə bildirdi ki, məsələdən xəbərdardırlar və ərazidə sürüşmə aktivdir. 2015-ci ildən etibarən 2 mərhələ üzrə 105 ailə sözügedən ünvandan köçürülüb.

Qeyd edək ki, "Zığ-1" sürüşmə zonası kimi qeydə alınan bu ərazi ümumilikdə 55 hektar ərazini əhatə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.