Cəmiyyət

Hərbi hissədə hərbi təlim toplanışı başa çatıb

7 Noyabr 2021 19:41
0 Şərh     Baxış: 793
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunduğu təlim toplanışında hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.

Toplanışda fərqlənən hərbi vəzifəlilər təltif olunduqdan sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən musiqi nömrələri təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.